Invest2Create şirkəti Azərbaycan mədəniyyətini qlobal səhnəyə çıxarmaq və yaradıcılıq sənayelərində strateji tərəfdaşlıqlar qurmaq məqsədilə bu payız “Mondiacult 2025” sammitində iştirak edəcək. Bu platforma şirkət üçün yalnız təqdimat imkanı deyil, həm də Azərbaycanın kreativ potensialını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək, innovativ layihələr və investisiya modellərini tanıtmaq üçün unikal fürsətdir.